Millətin tərəqqisinin başlıca amili elmdir. Həmin millətin tarixini isə o millətin universitetlərində yetişən beyinlər yazır. Universitetlər düşünən, yaradıcı, milli və ümumbəşəri dəyərləri mənimsəyən fərdlərin yetişdirilməsində məsuliyyət daşıyır. 1938-ci ildə qurulmuş Gəncə Dövlət Universiteti həm fiziki imkanları, həm təlim-təhsil keyfiyyəti, həm də araşdırma təkmilləşdirmə infrastrukturu baxımından əhəmiyyətli bir nöqtəyə gəlmişdir. Gəncə Dövlət Universiteti olaraq qədim tarixə malik olan Nizami Gəncəvinin yurdu Gəncə şəhərinin adını daşımağın qürurunu duyuruq. Sizi bu qədim şəhərdə yerləşən 84 illik tarixə malik olan bir dövlət universitetində təhsil almaq imkanlarından yararlanmağa dəvət edirik.
Professor Yusif Yusibov
XƏBƏRLƏR
GDU-da Elmi Şuranın növbəti iclası keçirilib
Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib. İclas öz işinə başlamazdan əvvəl rektor Yusif Yusibov Universitetin Tədris işləri üzrə prorektoru vəzifəsini müvəqqəti icra edən İsfəndiyar Alverdiyevə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Qeyri-üzvi kimya ixtisası üzrə professor attestatı, Ekologiya və təbiəti mühafizə kafedrasının əməkdaşı Vüsal Ramiz oğlu Musayevə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının […]
“Tələbənin səsi – keyfiyyətin güzgüsüdür” adlı görüş keçirilib
08 aprel 2026-cı il tarixdə Gəncə Dövlət Universiteti Keyfiyyətin Təminatı Mərkəzi tərəfindən “Tələbənin səsi – keyfiyyətin güzgüsüdür” adlı görüş keçirilib. Görüşdə mərkəzin rəhbərliyi və əməkdaşları ilə yanaşı, GDU tələbə təşkilatlarının fakültələr üzrə sədrləri və tələbə nümayəndələri iştirak ediblər. Tədbirin əsas məqsədi universitetdə keyfiyyət təminatı sistemində tələbələrin iştirakçılıq səviyyəsini gücləndirmək, onların rəy və təkliflərini dinləmək, həmçinin […]
Azərbaycan-Gürcüstan əlaqələri regionda sabitlik və strateji əməkdaşlığın əsas sütunudur
Azərbaycan–Gürcüstan münasibətləri Cənubi Qafqazda sabitliyin və regional əməkdaşlığın ən uğurlu nümunələrindən biri kimi inkişafını davam etdirir. Siyasi müstəvidə qarşılıqlı etimad, suverenlik və ərazi bütövlüyünə verilən güclü dəstək iqtisadi sahədə isə artan ticarət dövriyyəsi və qarşılıqlı investisiyalar bu tərəfdaşlığın əsas sütunlarını təşkil edir. Prezident İlham Əliyevin 2026-cı il aprelin 6-da Gürcüstana dövlət səfərini bu strateji tərəfdaşlığın […]
“Aprel döyüşləri – Zəfər yolu” adlı elmi-praktiki konfrans keçirilib
YAP Gəncə şəhər təşkilatının və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilmiş “Aprel döyüşləri – Zəfər yolu” adlı elmi-praktiki konfrans keçirilib. Tədbirdə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, YAP İdarə Heyətinin üzvü, millət vəkili Pərvin Kərimzadə, şəhid ailələri, qazilər, ziyalılar, universitetin müəllim və […]
Elm Gününə həsr edilmiş kitab sərgisi və akademik təqdimat keçirilib
Gəncə Dövlət Universitetinin Filologiya və Xarici dillər fakültəsində Elm Gününə həsr edilmiş kitab sərgisi və akademik təqdimat keçirilib. Universitetin Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə giriş sözü ilə çıxış edərək bildirib ki, 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm Günü”nün təsis edilməsi haqqında Sərəncam […]
Aprel döyüşləri – böyük zəfərin başlanğıcı
2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixə yazıldı. 2016-cı il aprelin 2-nə keçən gecə erməni silahlı birləşmələri cəbhə xətti boyu bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutdu. Azərbaycan tərəfindən […]
31 Mart – unudulmayan tarix və qanlı yaddaş
Gəncə Dövlət Universitetində 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Daha sonra 31 Mart – Azərbaycanlıların Soyqırımına həsr edilən videoçarx nümayiş olunub. Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva giriş sözü ilə çıxış […]
31 Mart soyqırımı: XX əsrin ən qanlı hadisələrindən biri
1918-ci ilin mart ayında Azərbaycan xalqı tarixinin ən dəhşətli faciələrindən biri ilə üzləşdi. Ermənilərin uzun illərdir planlaşdırdığı etnik təmizləmə siyasəti bolşeviklərin dəstəyi ilə həyata keçirildi. Azərbaycan tarixinə “31 Mart soyqırımı” kimi yazılan həmin hadisələr zamanı on minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilib. Qonşu xalqların torpaqlarını zəbt edərək “böyük Ermənistan” xülyasını gerçəkləşdirmək […]
Martın 27-si Azərbaycanda Elm Günüdür
Martın 27-si Azərbaycanda Elm Günüdür. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsis edilmiş bu əlamətdar gün ölkəmizdə elmin inkişafına, alimlərin cəmiyyətdəki nüfuzunun artırılmasına və bu sahəyə dövlət səviyyəsində göstərilən diqqətin təzahürüdür. Ölkəmizdə Elm Günü, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığı günə təsadüf edir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqdan […]
Bayramınız mübarək!
Novruz bayramı milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyin tarixi təcəssümüdür. Yazın müjdəçisi olan Novruz bayramı tarixən insanlarımız tərəfindən birlik, mehribanlıq, qardaşlıq rəmzi kimi qarşılanmış, sevilmiş və böyük məhəbbətlə qeyd olunmuşdur. Milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini bütün incəlikləri ilə əks etdirən bu el bayramı əsrlərin sınağından çıxmış gözəl […]
Müasir təhsil mühitində şagirdlərin sosial davranışlarının, ünsiyyət bacarıqlarının və sağlam münasibət mədəniyyətinin formalaşdırılması yolları müzakirə olunub
Gəncə Dövlət Universitetinin (GDU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Bu günün şagirdi, sabahın cəmiyyəti: Şagirdlərdə münasibət mədəniyyətinin formalaşması” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, TEC sədri Lalə Ələkbərova, Psixologiya kafedrasının müəllimi Zülalə Xəlilova, Pedaqoji fakültənin TEC sədri Silduz Hüseynova və tələbələr iştirak ediblər. Pərvin Kərimzadə mövzunun aktuallığını […]
Universitetdə Vətən müharibəsi iştirakçıları və qaziləri ilə görüş
Gəncə Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsi bu il də öz ənənəsinə sadiq qalaraq Novruz bayramı ərəfəsində Vətən müharibəsi iştirakçısı və qazisi olan universitet əməkdaşları ilə görüş keçirib. Öncə universitetdə şəhidlərə həsr edilmiş xatirə guşəsi önünə gül dəstəsi qoyulub, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla […]
ELANLAR
“Kimyanın müasir çağırışları” adlı I beynəlxalq konfrans
22–23 may 2026–cı il tarixlərində Gəncə Dövlət Universitetində “Kimyanın müasir çağırışları” adlı I beynəlxalq konfrans təşkil ediləcəkdir.
Konfransın işi aşağıdakı elmi istiqamətlərə həsr olunacaq:
- Yaşıl və dayanıqlı kimya
(Ekoloji təmiz proseslər, alternativ enerji, tullantısız texnologiyalar, ətraf mühitin mühafizəsi, aqrokimya, biokimya) ;
- Kimyəvi materialşünaslıq və nanotexnologiyalar
(Funksional materiallar, nanomateriallar, kompozitlər, yeni nəsil material sistemləri) ;
- Fundamental kimya: üzvi, qeyri-üzvi, fiziki kimya və analitik kimya
(Sintez, reaksiya mexanizmləri, spektroskopiya, nəzəri və eksperimental tədqiqatlar) ;
- Tətbiqi kimya və kimyəvi texnologiyalar
(Sənaye prosesləri, kataliz, neft-kimya, enerji sistemləri və innovativ texnologiyalar) .
Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.
İştirakla bağlı məlumat və məqalə elektron formada 31 mart 2026-cı ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:
E-mail: elm@gdu.edu.az
Konfransın təqvimi
Məqalələrin göndərilməsi üçün son tarix 31 mart 2026- cı il;
Çap olunmuş məqalələr məcmuəsinin paylanması 22 may 2026- cı il;
Konfransın təntənəli açılış mərasimi 22 may 2026- cı il;
Bölmə iclasları 22-23 may 2026-cı il;
Konfransın bağlanış mərasimi 23 may 2026-cı il.
FORMA 1. Məqalənin tərtibi qaydaları
- Məruzə və ya tezislərin həcmi 3000 işarədən az olmamalıdır, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,5 sm., 1 interval, abzas 1. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
- Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.
- Xülasə: Azərbaycan, rus, ingilis dili.
- Konfransa problem xarakterli məqalələr qəbul olunur.
- Açar sözlər məqalənin adından sonra göstərilməlidir.
Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məs: [2] və ya [2, səh.14-15].
- Məqalə tərtib qaydalarına cavab verməsə çap olunmayacaq.
Materialların strukturu:
- Məqalənin adı böyük hərflərlə-qalın şriftlə;
- Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi- qalın şriftlə;
- Təşkilat və şəhərin adı-adi şriftlə;
- Hər bir müəllifin adına bir məqalə olmalıdır. İkinci məqalə çap olunmayacaq.
Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə izahat verilməyəcək.
Məqaləyə görə bütün məsuliyyəti müəllif daşıyır.
Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: AZ -2000, Heydər Əliyev prospekti 429, Gəncə Dövlət Universiteti, Gəncə şəhəri, Azərbaycan Respublikası.
E-mail: elm@gdu.edu.az, (+99422) 266 01 88
“Fizikanın müasir çağırışları ” adlı Respublika Elmi konfrans
21– 22 may 2026–cı il tarixlərində Gəncə Dövlət Universitetində “Fizikanın müasir çağırışları” adlı Respublika Elmi konfrans təşkil ediləcəkdir.
Konfransın işi aşağıdakı elmi istiqamətlərə həsr olunacaq:
- Kondensə olunmuş maddə fizikası;
- Fizikanın tədrisi və tətbiqi;
- Materialşünaslıq və onun tətbiqi.
Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.
İştirakla bağlı məlumat və məqalə elektron formada 10 aprel 2026-cı ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:
E-mail: elm@gdu.edu.az
Konfransın təqvimi
Məqalələrin göndərilməsi üçün son tarix 10 aprel 2026-cı il;
Çap olunmuş məqalələr məcmuəsinin paylanması 21 may 2026-cı il;
Konfransın təntənəli açılış mərasimi 21 may 2026-cı il;
Bölmə iclasları 21-22 may 2026-cı il;
Konfransın bağlanış mərasimi 22 may 2026-cı il.
FORMA 1. Məqalənin tərtibi qaydaları
- Məruzə və ya tezislərin həcmi 3000 işarədən az olmamalıdır, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,5 sm., 1 interval, abzas 1. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
- Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.
- Xülasə: Azərbaycan, rus, ingilis dili.
- Konfransa problem xarakterli məqalələr qəbul olunur.
- Açar sözlər məqalənin adından sonra göstərilməlidir.
Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məs: [2] və ya [2, səh.14-15].
- Məqalə tərtib qaydalarına cavab verməsə çap olunmayacaq.
Materialların strukturu:
- Məqalənin adı böyük hərflərlə-qalın şriftlə;
- Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi- qalın şriftlə;
- Təşkilat və şəhərin adı-adi şriftlə;
- Hər bir müəllifin adına bir məqalə olmalıdır. İkinci məqalə çap olunmayacaq.
Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə izahat verilməyəcək.
Məqaləyə görə bütün məsuliyyəti müəllif daşıyır.
Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: AZ -2000, Heydər Əliyev prospekti 429, Gəncə Dövlət Universiteti, Gəncə şəhəri, Azərbaycan Respublikası.
E-mail: elm@gdu.edu.az, (+99422) 266 01 88
GDU-da “İnklüziv təhsildən inklüziv cəmiyyətə: dayanıqlı və inklüzivuniversitet modeli” (İTİC2026) adlı IV beynəlxalq elmi-praktik konfrans keçiriləcək
16 aprel 2026-cı il tarixdə Bakı Slavyan Universitetində “İnklüziv təhsildən inklüziv cəmiyyətə: dayanıqlı və inklüzivuniversitet modeli” (İTİC2026) adlı IV beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Konfransın regional bölməsi Gəncə Dövlət Universiteti ilə birgə 18 aprel 2026-cı il tarixində Gəncə şəhərində baş tutacaq. Regional bölmə inklüziv təhsilin regional müstəvidə tətbiqi, alitəhsil müəssisələrinin bu prosesdə rolu və yerli təcrübələrinmüzakirəsi baxımından mühüm elmi platforma olacaqdır.
Konfransın əsas məqsədi inklüziv təhsilin nəzəri və praktika spektlərinin müzakirəsi, ali təhsil müəssisələrində inklüzivuniversitet modelinin formalaşdırılması və inkişafı yollarınınaraşdırılması, eləcə də inklüziv təhsilin dayanıqlı cəmiyyətin qurulmasında olan rolunun elmi əsaslarla təhlil edilməsidir.
Tədbir çərçivəsində yerli və beynəlxalq təcrübələrin paylaşılması, aktual elmi tədqiqatların təqdimatı və akademik əməkdaşlıqimkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Konfrans çərçivəsində aşağıda qeyd olunan əsas istiqamətlər üzrə müzakirələr aparılacaq:
* inklüziv təhsilin dayanıqlı cəmiyyətin formalaşmasında rolu;
* inklüziv təhsildə akademik heyətin rolu və peşəkar inkişafı;
* inklüziv şəhər mühiti və sosial siyasət məsələləri.
Konfransda ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti, tədqiqatçılar, doktorantlar və magistrantlar, inklüziv təhsil sahəsində çalışan mütəxəssislər, dövlət və qeyri-dövlət qurumlarının nümayəndələri, eləcə də yerli və beynəlxalqtəşkilatların təmsilçiləri iştirak edə bilərlər.
Konfransın işçi dilləri Azərbaycan, türk və ingilis dilləridir.
Məqalə və müəllif məlumatları 2 aprel 2026-cı il tarixinədək qeydiyyat linki vasitəsilə təqdim edilməlidir.
Keçirilmə yerləri:
16 aprel 2026 – Bakı Slavyan Universiteti, Bakı şəhəri
18 aprel 2026 – Gəncə Dövlət Universiteti, Gəncə şəhəri
Əlaqə: +994 50 860 08 58
Qeydiyyat və ətraflı məlumat: https://bsu-uni.edu.az/Elm/Seminar2
GDU-da “Elm və innovasiya ayı” çərçivəsində dəyirmi masa, seminar və müsabiqələrin keçirilməsi planlaşdırılır
Azərbaycan Respublikasının Prezidentinin “Elm günü”nün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə hər il martın 27-si Azərbaycan Respublikasında “Elm günü” kimi qeyd edilir. Sərəncamın imzalandığı gündən bu günə martın 27-si ölkədə elmi ictimaiyyətin bayramı kimi qeyd edilir, elmin inkişafı, təbliği və innovasiyaların dəstəklənməsi ön plana çəkilir.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun əmri ilə cari ilin mart ayı universitetdə “Elm və innovasiya ayı” olaraq elan edilib və xüsusi olaraq hazırlanmış Fəaliyyət Planı təsdiq edilib.
Fəaliyyət Planına uyğun olaraq mart ayı ərzində dəyirmi masaların, seminarların, görüşlərin, müsabiqələrin keçirilməsi planlaşdırılır. Bütün fəaliyyətlərin icrasına dair məlumatların əlçatanlığının təmin edilməsi məqsədilə mütəmadi olaraq xəbərlər paylaşılacaqdır.
ADA universiteti GDU tələbələri üçün İT layihəsində iştirak imkanı təqdim edir
ADA universiteti Gəncə Dövlət Universitetinin tələbələri üçün İT sahəsində təlimlərdə iştirak imkanı təqdim edir. Bu proqram ADA universitetinin akademik heyəti və İT sahəsində yüksək təcrübəyə malik peşəkar mütəxəssislər tərəfindən həyata keçiriləcək. Tədris müddəti 4 ay olmaqla fevral–iyun aylarını əhatə edəcək. Təlimi uğurla tamamlayan məzunlar müxtəlif İT şirkətlərində təcrübə proqramları üzrə müsahibə mərhələsinə keçid əldə edəcəklər. Proqram iştirakçıların bilik və bacarıqlarının inkişafını dəstəkləmək məqsədilə ödənişsiz şəkildə təşkil olunur.
Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSfDwjh1bjev6jXG37bV4sRwPDO2zXD1KOumN1o57S1aBWr1bg/viewform
Qeyd: Proqrama qəbul müsabiqə əsasında aparılır və seçim mərhələlərindən ibarətdir. Proqramın tələblərinə uyğun olaraq, tədris prosesində yalnız davamlı iştirak edə biləcək namizədlərin müraciət etməsi xahiş olunur.
Layihə 3 əsas istiqamət üzrə, əyani və onlayn dərslər formatında həyata keçiriləcəkdir:
• Backend Proqramlaşdırmanın əsasları (Java)
• Python və Süni İntellekt Mühəndisliyinə giriş
• Data Elminin əsasları
Dərslər zamanı tələbələrə müvafiq istiqamətlər üzrə nəzəri biliklər, real nümunələr, müasir texnoloji yanaşmalar və bu sahələrin əmək bazarındakı rolu barədə ətraflı məlumat veriləcəkdir.
31 oktyabr 2025-ci il tarixdə saat 12:00 da Gəncə Dövlət Universitetinin beşinci tədris binasında tələbələr arasında Zəfər Gününə həsr edilmiş “Tarixə qızıl hərflərlə yazılan Zəfər” adlı inşa müsabiqəsi keçiriləcək.
Müsabiqədə aşağıdakı mövzular təqdim olunur.
1. Dəmir yumruq Tarix yazdı
2. İlham Əliyev – Zəfər tarixini yazan Lider
3. Qarabağda açan sülh çiçəyi
Format: Canlı yazı, əl yazısı ilə
Vaxt 60 dəqiqə
Həcmi: 3-5 səhifə (A4 formatı, tək tərəf)
Yazı vasitəsi: Göy mürəkkəbli diyircəkli qələm
İştirakçılar yalnız bir mövzunu seçərək yazmalıdır
İnşa Azərbaycan dilində və orijinal olmalıdır
Plagiat və əvvəlcədən yazılmış material qadağandır
Mükafatlar
I yer – 200 AZN və diplom
II yer – 150 AZN və diplom
III yer – 100 AZN və diplom
Fərqlənənlərə “Fəxri Fərman”














